TQDK imtahanların nəticələrini açıqladı
8.7.2015

Rezidentura və “Azərbaycan dili” fənnindən.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün keçirdiyi “Azərbaycan dili” fənnindən imtahanın nəticələrini açıqlayıb.

TQDK-dan verilən məlumata əsasən, nəticələr bu gün saat 15:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1782 abituriyentdən 783 nəfəri imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak etmiş 998 abituriyentdən 494 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

TQDK həmçinin rezidenturaya keçirilmiş qəbul imtahanının II mərhələsinin nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1001 namizəddən 52 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 949 namizəddən 589 nəfəri müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Ən yüksək nəticə 88 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi iyulun 10-dan 14-dək aparılacaq.

www.oxu.az