“Facebook” külək enerjisi ilə işləyən data-mərkəz inşa edəcək
9.7.2015

“Facebook” sosial şəbəkəsi məlumatların saxlanma və işlənilməsi mərkəzi tikməyi planlaşdırır.

Bu mərkəzin qidalanması tamamilə külək enerjisi hesabına həyata keçiriləcək.

Sosial şəbəkənin yeni, sayca beşinci olan Data-Mərkəzinin ABŞ-da, Texas ştatının Fort-Uort şəhərində inşa edilməsi planlaşdırılır. Bu bina 46 500 kvadrat metr ərazini əhatə edəcək. Mərkəzin yaradılmasına 500 milyon dollar vəsait ayrılacaq. “Facebook”un bu ən müasir mərkəzinin əməkdaşlarının ümumi sayı isə 40 nəfər təşkil edəcək.

Xatırladaq ki, İT sənayesi mütəxəssislərinin hesablamalarına görə, hazırda “Facebook” sosial şəbəkəsinin auditoriyasını 1,4 milyard nəfər təşkil edir.

Lent.az