15 min könüllü iştirak edib.
Dünən Bakıda I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçirilib.
ANS PRESS-in məlumatına görə, tədbir I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunub.
Yürüş “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçirilib. Yürüşdə 15 min könüllü iştirak edib. Axşam saat 8-də Bayraq meydanı yaxınlığından start götürən yürüş Dənizkənarı Milli Parkda “Saat qülləsi”nin yanında yekunlaşıb.
Yürüşün təşəbbüskarları Gənclər və İdman Nazirliyi və “Bakı 2015”Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).
Hazırda Bakı bulvarında “Saat qülləsi”nin yanında konsert proqramı keçirilir.
Oxu.az