Bakı Metropoliteninin aldığı yeni metro vaqonları Azərbaycana 2013-cü ildə gətiriləcək.
Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
T. Əhmədovun sözlərinə görə, yeni vaqonlar hazırda metroda istifadə olunan vaqonlardan genişliyi və rahatlığı ilə fərqlənəcək. Yeni vaqonlar hazırda tikilməkdə olan xətlərə daxil ediləcək.
Metropoliten rəisi deyib ki, yeni vaqonlar paslanmayan dəmirdən istehsal olunub, mövcud vaqonlardan 15 sm enlidir. Eyni zamanda hərəkət zamanı səs salmır.
APA