Sabah TQDK cari ilin məzunları üçün 1-ci və 4-cü ixtisas qrupları üzrə respublikanın 11 şəhər və rayonunda ali məktəblərə qəbul imtahanı həyata keçirəcək.
Gəncə və ətraf 13 rayondan olan abituriyentlər isə Gəncədəki 6 binada imtahan verəcəklər.
Gəncədə keçiriləcək imtahan üçün 3181 abituriyentin iştirakı gözlənilir. Prosesə 26 imtahan rəhbəri və 257 nəzarətçi müəllim cəlb edilib. Saat 11:00-də başlayacaq imtahana qatılan abituriyetlərdən isə tələb olunan bunlardır.
Nəsimi Məmmədov, TQDK-nın Gəncə Regional bölməsinin sədri: "İmtahana gələrkən abituriyentin üzərində mobil telefon, kəsici-deşici alətlər və bu kimi vasitələr götürməsi qadağandır. Yalnız iki sənədlə - şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər".
Növbəti imtahan iyulun 25-i 2-ci və 3-cü ixtisas qupları üzrə təşkil olunacaq. İyulun 30-dan avqustun 1-dək isə ixtisas seçimi aparılmalıdır.
Milli.Az