“Startap layihələrin inkişafı və vençur maliyyələşdirilməsi üçün özəl maliyyə mənbələrinin cəlb olunması istiqamətlərində ardıcıl işlər görülüb və ilin sonuna qədər təkliflər paketinin hazırlanması nəzərdə tutulur”.
Bunu Rabitə və yüksək texnologiyalar nazir Əli Abbasov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda deyib.
Nazir Prezidentə hesabat verib ki, startaplar bazarında aktivlik var, özəl sektor çox fəaldır:
“Nazirlik öz səlahiyyətləri çərçivəsində rəqabət mühitinin normal çərçivədə saxlanılması üçün müvafiq tədbirlər görür. Kiçik və orta güclü şirkətlər, talantlı gənclərdən ibarət startaplar İKT sektorunda xüsusi aktivlik nümayiş etdirirlər”.
Xeberler.az