Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir
7.5.2012

Bakı və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 8-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozlara görə, mayın 8-dən 11-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

APA