Bakıdakı Böyük Şor gölünün ərazisi abadlaşdırılır. Suyu qurudulacaq gölün ərazisi gələcəkdə belə olacaq. Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkəti hazırda ərazidə tikinti işlərini həyata keçirir.
Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkəti hazırda ərazidə tikinti işlərini həyata keçirir. Belə ki, 2015-ci ildə istifadəyə veriləcək daxili sahəsi 120,830 kvadratmetr olan, 65 min tamaşaçı yeri tutacaq Bakı Olimpiya Stadionunun tikinti işləri aparılır. Sonra isə ərazidə Bakı Olimpiya kəndi salınacaq.
Olimpiya kəndində otellər, idmançı qəsəbəsi, əyləncə bölgələri, mədəniyyət binaları və digər obyektlər salınacaq.
Xatırladaq ki, Olimpiya Stadionu Bakıda Böyük şor gölü ərazisində əvvəllər neft məhsulları ilə çirkləndirilmiş ərazidə tikilir. ARDNŞ neft məhsulları ilə çirkləndirilmiş torpaqlardan səmərəli istifadə etmək məqsədilə orada bəzi obyektlərin inşasını da planlaşdırıb.
foxnews.az