"Amrahbank" müştərilərinin vaxtına qənaət etmək məqsədilə kredit borclarının banka gəlmədən plastik kart vasitəsilə ödəmək imkanı yaradan rahat və etibarlı onlayn kredit ödənişi xidmətini təqdim edir.
Bankdan bildiriblər ki, ödəniş üçün "Amrahbank"ın rəsmi səhifəsində "Onlayn Kredit Ödənişi" bölməsinə daxil olaraq, online kredit pəncərəsinə keçmək (http://amrahbankpayment.3dsecure.az) və açılan səhifədə doğum tarixi və müştəri kodunu (Bankda təqdim edilir) daxil etmək kifayətdir. İstifadəçi növbəti səhifələrdə ödəniləcək məbləği daxil etməli və «Ödə» düyməsinə basaraq, kredit kart məlumatlarını və təhlükəsizlik kodunu qeyd etməlidir. Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit üzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinir, kredit borcu avtomatik olaraq cari hesabdan ödənilir.
AZƏRTAC