50 sm uzunluğunda ox kişinin boğazının sağ tərəfindən girərək əks tərəfindən çıxıb.
Rusiyada insanın qanını donduran möcüzə baş verib. GoMap-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, boğazına ox girən kişi sağ qalıb. Hadisə paytaxt Moskvadakı parklardan birində qeydə alınıb. 35 yaşlı Konstantin adlı bir kişi günəşli yaz gününün keyfini çıxarmaq üçün uşaqları ilə parka gedib.
Burada təlim keçən kaman ustasının atdığı ox kişinin boğazına sancılıb. 50 sm uzunluğunda ox kişinin boğazının sağ tərəfindən girərək əks tərəfindən çıxıb. Huşunu itirməyən kişi dərhal həyat yoldaşına zəng edərək kömək istəyib.
Təcili yardımla xəstəxanaya çatdırılan kişi 7 saatlıq əməliyyatla oxdan xilas olub. Onun sağ qalmasına səbəb isə sadəcə 1 mm məsafə olub. Belə ki, ox şah damarın 1 mm yaxınlığından keçib. Əməliyyatın bütün xərclərini Rusiya hökuməti ödəyib.
Milli.Az