ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) "New Horizons" planetlərarası stansiyası dünən bütün missiyası ərzində minimal məsafəyə yaxınlaşıb. Həmin məsafə 12500 kilometrdir.
Plutona çatmaq üçün "New Horizons" 9 il uçuşda olub. Cırtdan planet və onun təbii peyki Haron barədə məlumatlar toplayandan sonra stansiya Koyper qurşağına yollanacaq.
Aparat 2026-cı ilədək aktiv qalacaq.
Plutona yaxınlaşmazdan əvvəl "New Horizons" bu cırtdan planetin şəklini 766 min kilometrlik məsafədən çəkmişdi. Həmin foto Plutonun tədqiq olunmağa başladığı vaxtdan bəri ən aydın görüntüsü idi.
NASA ekspertlərinin dediklərinə görə, Plutondakı yüksəkliklər Günəş planetindəki ən "gənc" dağlardır. Onların təqribən 100 milyon il yaşı var.
"New Horizons"un Pluton və Haronun görüntülərini Yerə yollaması nəticəsində bəlli olub ki, Plutonun səthi əsasən buzdan ibarətdir və planetin diametri də indiyədək hesab olunduğundan 80 km artıqdır.
"Tarixə düşdük. ABŞ Plutona çatmış ilk millət və dövlət oldu", - NASA rəhbəri Çarlz Bolden deyib.
Milli.Az