Metropolitenin qatarları artıq “yay qrafiki”nə uyğun hərəkət edir
16.7.2015

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qatarları artıq “yay qrafiki”nə uyğun hərəkət edirlər.

QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hazırda “yay qrafiki”nə uyğun olaraq pik saatlarda qatarlar metronun “Həzi Aslanov-28 May” xətti boyunca və əks istiqamətdə 2,5 dəqiqə intervalla, “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” xətlərində isə 5 dəqiqəlik intervalla hərəkət edir. Günün normal vaxtlarında isə müvafiq olaraq hərəkət intervalı “Həzi Aslanov-28 May” xətti boyunca və əks istiqamətdə 3 dəqiqə, “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” xətlərində isə 6 dəqiqə təşkil edir.

Metronun “yay qrafiki”nə keçməsi ilə əlaqədar hər saat xətdə olan qatarların sayı 30 cütdən 24 cütə endirilib.

AZƏRTAC