Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları təşkil olunacaq
21.7.2015

Bu il iyulun 21-dən avqustun 3-dək növbəti Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları təşkil olunacaq. goal.az-a istinadən verilən xəbərə görə, bu mötəbər yarışlarda atletika, pauerliftinq, cüdo, üzgüçülük, stolüstü tennis və badminton idman növləri üzrə 22 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Oyunların rəsmi açılış mərasimi iyulun 25-də keçiriləcək. Daha ətraflı məlumatı Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının www.LA2015.org saytından almaq olar.

Milli.Az