"Expressbank" "Zolotaya Korona" təcili pul köçürmə sistemi ilə birgə "Tarif 0 faiz" adlı aksiya keçirir.
Bankdan bildiriblər ki, aksiyanın şərtlərinə görə, "Expressbank"ın filiallarından bu sistem vasitəsilə Rusiyaya manatla pul göndərən şəxslərdən komissiya tutulmur.
Qeyd edək ki, "Expressbank" mütəmadi olaraq "Zolotaya Korona" təcili pul köçürmə sistemi ilə müxtəlif aksiyalar təşkil edir.
Bank xidmətləri barədə ətraflı məlumatı132 məlumat mərkəzinə zəng etməklə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə - www.facebook.com/Expressbank daxil olmaqla əldə etmək olar.
azertag.az