Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Gül bayramı keçiriləcək
7.5.2012

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirəcək.

BŞİH-in mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, tədbir mayın 10-da saat 11:00-dan 19:00-a qədər Heydər Əliyev Sarayının qarşısındakı parkda davam edəcək və saat 21:00-da Milli Parkda incəsənət ustalarının iştirakı ilə konsert və möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

BŞİH şəhər sakinlərini bayram şənliklərinə dəvət edir.

Trend