Qızılın qiyməti son 5 ildə minimum ucuzlaşıb
21.7.2015

Bazar ertəsi qızılın qiyməti son 5 illik müddətin minimum göstəricisinədək ucuzlaşıb.

Bloomberg agentliyinin məlumatına əsasən, qızıl unsiyasının qiyməti bazar ertəsi dünya birjalarında 1000.8 dollar təşkil edib.

Qızılın qiymətində eniş Çin səhmlərinin ucuzlaşması və ABŞ-da kredit faizlərinin azaldılacağı və dolların bahalaşacağı proqnozları fonunda baş verir.

Sonuncu dəfə qızılın qiymətin bu səviyyədə aşağı düşməsi 2010-cu ildə qeydə alınmışdı.

Gün.Az