Bələdiyyələrin elektron portalı yaradılır
22.7.2015

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində nazir müavini Vilayət Zahirovun sədrliyi ilə mərkəzin altı aylıq fəaliyyəti müzakirə edilib.

Mərkəzdən verilən məlumatına görə, tədbirdə bələdiyyələrin maarifləndirilməsi və mərkəzin beyəlxalq əlaqələrinə toxunan Mərkəzin baş mələhətçisi Qədir Xəlilov məruzəsində “Azərbaycanda bələdiyyələrin elektron portalı”nın təkmilləşdirilməsi məqsədilə bələdiyyələrin milli assosiasiyaları ilə birgə ayrı-ayrı bələdiyyələrdə İnternet saytlarının yaradılması ilə bağlı bir sıra işlər görüldüyün qeyd edib.

Xeberler.az bildirir ki, adı çəkilən resurs hazırda fəaliyyət göstərmir. Saytda qeyd olunub ki, yaxın zamanda portalın fəaliyyəti aktivləşəcək.

Qədir Xəlilov onu da qeyd edib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda yerli özünüidarəetmə” proqramı çərçivəsində “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” hazırlanıb. Topluya yerli özünüidarə ilə bağlı beynəlxalq sənədlər, Azərbaycan Respublikasının Konstitusiyası və Məcəllələrindən çıxarışlar, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlar, Respublika Prezidentinin fərman və sərəncamları və Nazirlər Kabinetinin qərarları, həmçinin bir sıra normativ hüquqi aktlar və sair salınıb.

xeberler.az