Bir müddət öncə birgə “Arçelik”in reklamına çəkilən Kenan Doğulu və Beren Saat cütlüyü növbəti layihədə birgə çıxış ediblər.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, onlar “Minyonlar” filmini səsləndirmək üçün dublyaj studiyasına giriblər.
Beren ekran işində səsiylə Skarlet Overkili, Kenan isə onun həyat yoldaşı Herb Overkili canlandırıb. Cütlük sentyabrda nümayiş olunacaq filmin dublyajı zamanı çox əyləndiklərini söyləyiblər.
Dublyaj zamanı çəkilən fotoları oxucularımıza təqdim edirik:
Gün.Az