Yaponiyada açılan yeni oteldə müştərilərə robotlar xidmət göstərəcək
23.7.2015

Yaponiyanın Naqasaki bölgəsində yeni açılan beşulduzlu “Henn-na Hotel” otelində müştərilərə robotlar xidmət göstərəcək.

Yapon dilində “Qəribə otel” mənasını verən, 72 otaqdan ibarət oteldə tamamilə Günəş enerjisindən istifadə olunur.

2016-cı ildə otelin 72 otaqlı daha bir mərtəbəsi istifadəyə veriləcək.

azertag.az