Uşaq Paralimpiya Komitəsi (UPK) tərəfindən üzgüçülük idman növünə cəlb olunan ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə alan 5 yaşlı İmran Cəfərov beynəlxalq yarışlarda iştirak edəcək. Bunu öz açıqlamasında Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru, "Əlil İdmançılara Dəstək" ictimai birliyinin rəhbəri Kamal Məmmədov deyib.
O, hazırda İ. Cəfərzadənin mütəmadi olaraq məşq etdiyini söyləyib:
“İmran hər gün məşqlərə gəlir. Onun yaşı çox azdır. 10-12 yaşlarında beynəlxalq yarışlarda iştirak edəcək və ölkəmizi təmsil edəcək. O, çox yaxşı üzür. Səhhəti də yaxşıdır. Heç bir problemi yoxdur. İmranla bərabər 12 az yaşlı uşaq da məşqlərə gəlir. Onlar da gələcəkdə keçiriləcək müxtəlif səviyyəli yarışlarda iştirak edəcəklər. İmran çox istəyir ki, Azərbaycanı beynəlxalq yarışlarda təmsil etsin”.
Xatırladaq ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb.
Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.
Qeyd edək ki, İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Video
azvision.az