Sentyabrın 28-30-da Bakıda 3-cü Azərbaycan və Xəzər dəniz neft və qaz həftəsi keçiriləcək
24.7.2015

Sentyabrın 28-30-da Bakıda 3-cü Azərbaycan və Xəzər dəniz neft və qaz həftəsi keçiriləcək.

Tədbiri Britaniyada fəaliyyət göstərən Oliver Kinross biznes tədqiqat təşkilatı təşkil edəcək. Neft və qaz həftəsində 250-dən artıq nümayəndə və 30-dan artıq yüksək səviyyəli çıxışçı iştirak edəcək. Tədbirin məqsədi neft-qaz korporasiyaları, hökumət rəsmiləri, ekspertlər üçün yeni biznes imkanlardan istifadə etmək üçün şərait yaratmaqdır.

Tədbirin əsas mövzusu Azərbaycan və MDB ölkələrinin inkişafı, imkanları və qarşılaşdığı problemlər olacaq. İştirakçılar neft-qaz sahəsini təmsil edən nüfuzlu şəxslərə əlaqələr yaratmaq, əməkdaşlıq etmək imkanı qazanacaqlar. Tədbir çərçivəsində ən müasir sənaye texnologiyalarının və xidmətlərinin nümayiş olunduğu sərgi də təşkil olunacaq.

Qeyd edək ki, AZƏRTAC 3-cü Azərbaycan və Xəzər dəniz neft və qaz həftəsinin media-tərəfdaşıdır.

azertag.az