Quba rayonu ərazisində, Vəlvələçay üzərində yerləşən 118 metrlik körpü qəzalı vəziyyətə düşüb.
Bu səbəbdən Gəndob-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakıdan Qubaya və Rusiya Federasiyası sərhədinə gedən avtomobillər Xaçmaz rayonundan keçməklə hərəkət edir.
Quba 5 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov APA-nın şimal bürosuna bildirib ki, dayaqlarda problemlər yaranıb və körpü təmirə dayanıb. İdarə rəisi bir müddət yolda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağını qeyd edib.
APA