Qadın güləşçilər Polşada çıxış edəcəklər
24.7.2015

Azərbaycanın qadın güləşçiləri Polşanın paytaxtı Varşavada iyulun 24-də başlanacaq beynəlxalq "Poland Open" turnirinə qatılacaqlar.

Güləş Federasiyasından verilən məlumata görə, 19-cu dəfə təşkil olunan turnirdə milli komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında 6 pəhləvan çıxış edəcək.

Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq) və Nadya Muşka (69 kq) iki gün davam edəcək yarışda mübarizə aparacaqlar. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.

Qeyd edək ki, "Poland Open" 7 - 12 sentyabrda ABŞ-ın Las Veqas şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

www.oxu.az