Amerikanın kosmik NASA agentliyi həyat üçün yararlı ola biləcək yeni planetin aşkar olunduğunu bildirirlər.
600 il işıq məsafəsində yerləşən Kepler 22-b planeti Yerdən 2.4 dəfə böyükdür və orta 22C dərəcə ətrafında orta temperatura malikdir.
Təqribən Günəş ölçüsündə ulduz ətrafında dövr edən Yeni planetdə ilin 219 gün təşkil etdiyi qeyd olunur.
Alimlər Keplerin ulduzdan suyun maye şəkildə qalması üçün ən əlverişli məsafədə yerləşdiyini vurğulayırlar. Hərçənd ki, planetdə həyatın yaranması üçün mühüm amil sayılan suyun olub-olmaması sual edilir.
NASA mütəxəssisləri Günəş sistemi kənarında yerləşən planetin tərkibini müəyyən etməyə çalışırlar. Planet 2009-cu ildə orbitə qaldırılmış Kepler teleskopu vasitəsi ilə tapılıb.
azvision.az