Bələdiyyə sədri itlərə hürməyi qadağan edib
24.7.2015

İnsanların istirahətinin qeydinə qalan bələdiyyə sədri itlərlə bağlı maraqlı qərar verib.

İtaliyanın Kampanya bölgəsində insanların istirahət saatlarında itlərin hürməsinin qadağan olunmasına dair qərar qəbul edilib.

Bu barədə verilən qərarın müəllifi – yerli bələdiyyənin sədri atdığı addımın əhalini narahat edən halların aradan qaldırılması məqsədi daşıdığını deyib.

Günortadan sonra “riposo” adlanan istirahət vaxtına böyük əhəmiyyət verən italyanlar bu zaman kəsimində səs-küy olmaması üçün müxtəlif tədbirlər görməyə məcbur olurlar.

Bunu nəzərə alan bələdiyyə sədri saat 14-00 – 16-00 aralığında itlərinin sakitliyini təmin edə bilməyən sakinlər buna görə 50 – 500 avro məbləğində pul cəzası ödəməli olacaqlar.

Gün.Az