İnformasiya əldə etmək prosesini asanlaşdıran yeni sistem yaradılıb
27.7.2015

Azərbaycanlı startapçılar informasiya əldə etmək prosesini asanlaşdıran yeni sistem yaradıblar. “MobChannel”(global layihə olduğu üçün ad ingilis dilində seçilib) adlanan layihənin əsas üstünlüyü insanların vaxtına qənaət etməsi və lazımı informasiyanı axtarış etmədən izləyə bilməsidir.

Layihənin rəhbəri Vaqif Abbasov bildirib ki, “MobChannel” mobil kanal mənasını daşıyıb istifadəçilərə informasiyanı əldə etməyin sadələşdirilmiş və şəxsləşdirilmiş formasını təklif edir. Bu sistem əksər yerli və xarici mətbuatı bir mənbədə toplayır. Layihə üzrə internetdə lazımı informasiyaları daha rahat əldə etmək üçün 14 kanal təqdim olunur. İstifadəçilər bu kanallar üzrə filtrlərini daxil etməklə lazımı məlumatları rahat əldə edə biləcəklər".

Hazırda proqram “Android” əməliyyat sistemli telefonlar üçün mövcuddur.

Proqramın beta versiyası (Android) yükləmək üçün http://mobchannel.com/app ünvanından istifadə oluna bilər.

azertag.az