Latviya Azərbaycana yeni səfir təyin edib.
Yeni səfir təcrübəli diplomat Yuris Maklakovs olacaq. Bununla əlaqədar, Latviya prezidenti Raymonds Veyonis Azərbaycana təyin olunan yeni səfirlə görüşüb. Görüşdə Prezident səfirə etimadnamələri təqdim edib.
Yeni səfir Azərbaycana gələn həftə gələcək. O, Prezident İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq. Bundan əvvəl Maklakovs Latviyanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb. Onun 51 yaşı var, ailəlidir, bir övlad atasıdır. Səfir latış, rus və ingilis dillərində sərbəst danışır.
Yeni səfir həmçinin 2010-ci ilə qədər ölkədə general-mayor rütbəsi daşıyan yeganə hərbiçi olub. Dörd il Latviyanın müdafiə akademiyasının pro-rektoru olan Maklakovs sonradan rektor olub. 2004-cü ildə isə Hərbi Hava Qüvvələrinin Komandanı təyin edilib. 2006-cı ildə vitse-admiral Qaydis Andres-Zeybot ona Briqada Generalı rütbəsini təqdim edib.
Qeyd edək ki, Y.Maklakovs bu ilin aprel ayında xəstəlikdən Bakıda vəfat edən səfir Hardiys Baumanisi əvəz edəcək.
azvision.az