Avqustun 25-də dünyaca məşhur "Fly Project" qrupu "Mambo Beach Club & Restaurant"da çıxış edəcək.
Qrup rumıniyalı iki dost -Dan Denes və Tudor İoneski tərəfindən yaradılıb. 2005-ci ildə eyniadlı albomla debüt edən "Fly Project" 2000-dən artıq solo konsertdə uğurlu çıxışlarla tamaşaçı sevgisi qazanıb. Dünya hit-paradlarında hər zaman öndə olan "Fly Project" qrupunun albomları bütün qitələrdə siyahılarda öndədir.
Qrup Rumıniyada 10-dan artıq mükafata, MTV-nin daimi mükafatlarına layiq görülüb.
azertag.az