Məşhur dizayner Günel Behbudovanın moda gecəsi keçiriləcək
28.7.2015

Avqustun 8-də "Mambo"da məşhur dizayner Günel Behbudovanın moda gecəsi keçiriləcək. Tədbir canlı musiqi ilə müşayiət olunacaq. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Günel Behbudovanın rəhbərliyi ilə 2010-cu ildən "Fashion Mystery" butiki fəaliyyətə başlayıb. O, 2014-cü ildə ilin modelyeri premyerasının laureatı olub.

Günel Behbudova moda gecəsindən sonra dünyaca məşhur Low Deep T konsert proqramı ilə çıxış edəcək. Low Deep T – House səhnəsinin beynəlxalq ulduzudur.

azertag.az