İstanbulda heykəltəraşlıq sərgisi açılacaq
28.7.2015

İstanbulda Çinin məşhur heykəltəraşı Xu Hongfeinin heykəltəraşlıq sənətinə aid olan əsərlərindən ibarət sərgi açacaq.

Avqustun 5-dən 12-dək davam edəcək "Kök və Xoşbəxt" adlı sərgi İstanbulun Nişantaşı Sənətkarlıq Parkı və Nişantaşı Abdi İpekçi qəsəbəsində insanlara təqdim ediləcək.

Beynəlxalq arenada heykəltəraşlıq sənətinin mahir ustası kimi tanınan X. Hongfeinin əsərləri İngiltərə, Fransa, İtaliya, Malayziya və Avstraliyanın bir sıra şəhərlərində sərgilənib. İstanbulda açılacaq sərgidə 20-dək sənət əsəri yerli və xarici turistlərə nümayiş olunacaq. 1963-cü ildə Çinin Guangzhou şəhərində anadan olan Xu Hongfei elə həmin şəhərin adını daşıyan Heykəltəraşlıq İnstitutunu bitirib. Sənətkar hazırda institutun prorektoru vəzifəsində çalışır. X. Hongfei sənət əsərlərini ağ mərmər və bürünc detallardan hazırlayır.

Qeyd edək ki, sənətkarın ilk sərgisi "Gömbül qadınlar" adı ilə 1997-ci ildə Çində açılıb.

azertag.az