“Siqaretsiz həyat” şüarı ilə şimal sərhəddinədək piyada
29.7.2015

“Azercell Telekom” MMC ötən ildən etibarən həyata keçirdiyi “Siqaretsiz həyat daha gözəldir” sosial layihəsi sağlam həyat tərzinə dəstək olmaqda davam edir.

Şirkətdən verilən məlumata görə, 24-27 iyul tarixləri ərzində bu sosial layihənin şüarı altında 2 nəfər gənc Adil Məmmədli və Rüfət Nəcəfov Bakıdan respublikanın şimal sərhəddinədək qaçış edərək siqaretə “yox” deyib.

Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində marafon qaçışı edən gənclər bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb siqaretdən uzaq durmağa səsləyib. Azercell şirkəti bu təşəbbüsüntelekommunaksiyadəstəkçisi olaraq bu müddət ərzində gənclərə yaxınları ilə həm sərbəst şəkildə rabitə əlaqəsi qura bilməsinə, həm də GPS və mobil internetin digər xidmətlərindən yararlanmasına yardım edib.

Xatırladaq ki, keçən il “Azercell Telekom” şirkəti öz əməldaşları arasında eyni adda sosial layihə həyata keçirib. Kampaniya çərçivəsində şirkətin hər bir işçisinə üzərində siqaretin zərərli vərdiş olmasını əks etdirən stiker və stressbol hədiyyə olunub. “Azercell-lə həyat daha gözəldir” deyən şirkət əməkdaşları bir günlərini “Siqaretsiz həyat daha gözəldir” aksiyasına həsr ediblər. Kampaniyaya qoşulan Azercell əməkdaşları həmçinin öz həmkarları və tanışlarını da sosial şəbəkələr vasitəsilə siqareti tərgitməyə dəvət ediblər. Kampaniya iştirakçıları sosial şəbəkələrdə paylaşılan statuslarda #Siqaretsiz həştəqindən yararlanıb.

Azərbaycanın öncül korporativ sosial məsuliyyətli şirkətlərindən olan Azercell daim ətraf mühit və sağlamlığa faydalı olan layihələr həyata keçirməkdə davam edəcək.

Gün.Az