Pekin 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək
31.7.2015

Çinin paytaxtı Pekin 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən 128-ci sessiyasında qəbul olunub.

2022-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda namizədliyini irəli sürən digər şəhər Almatı idi. Səsvermənin nəticəsində Pekin 44, Almatı isə 40 səs toplayıb.

Beləliklə, Pekin həm yay, həm də qış Olimpiya Oyunlarının keçiriləcəyi ilk şəhər kimi tarixə düşəcək.

azertag.az