Bakıda hava nisbətən sərinləşəcək
4.8.2015

Avqustun 6-da Bakıda şimal küləyinin əsməsi ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə enəcək, havanın maksimal temperaturu 35-36 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 5-də hava günəşli olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 33-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacaq.

trend.az