FHN anomal istilərlə bağlı əhaliyə müraciət edib
4.8.2015

Fövqəladə Hallar Nazirliyi son günlər müşaiyət olunan anomal istilərlə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən bildiriblər ki, insanların ehtiyatsızlığının əsas səbəbindən biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir.

FHN təbiətdə istirahət edən insanlardan odla ehtiyatlı davranmağı, tam söndürülməmiş kibrit dənəsini, siqaret kötüyünü, benzin və başqa yanar mayelərin hopduğu parça və digər materialları ətrafa atmamağı, nəzərdə tutulmamış ərazidə və lazımi təhlükəsizlik tədbirləri görülmədən ocaq qalamamağı, uşaqları nəzarətsiz qoymamağı, kənd təsərrüfatı texnikası ilə işləyən vətəndaşlardan isə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi xahiş edir.

Əhalidən yanğın baş verdikdə və ya hər hansı yanğın təhlükəsi hiss edildikdə nazirliyin “112” qaynar xəttinə zəng vurmaq xahiş olunur.

Gün.Az