“Unibank” müştəriləri üçün Məlumat Mərkəzini daha da təkmilləşdirib. Bankın yeni istifadəyə verdiyi “UniCall” sistemi zəng edən müştərilərin daha qısa müddətə və vaxt itirmədən istədikləri məlumatı almaları imkanını yaradır.
Bankdan bildiriblər ki, yeni texnologiya sayəsində müştərilərin gözləmə vaxtı ortalama 4 dəfəyədək azalıb. “UniCall” sistemi bankın xidmət və məhsullarından istifadə ilə bağlı bütün məlumatları bir proqramda ümumiləşdirdiyi üçün müştərilərin vaxt itkisi minimuma enir. Müştəri hesabında olan hərəkətləri vaxt itirmədən öyrənə, plastik kartını blok edə, kredit borcu kodunu öyrənə, nömrəsini sistemdə dəyişdirə və digər bütün mümkün məlumatları Məlumat Mərkəzi əməkdaşından ala bilər.
azertag.az