Varner Bros. kinoşirkəti Robert De Niro və Enn Heteueyin baş rollarda çəkildikləri "Təcrübəçi" komediya filminin ikinci treylerini təqdim edib.
Teleqraf.com xəbər verir ki, "Təcrübəçi" filmi Culs Ostin adlı gənc iş adamından bəhs edir. O, biznesin bütün qaydalarına rəğmən öz şirkətinə təcrübəli işçiləri deyil, həvəskarları götürür. Onlardan biri 70 yaşlı dul kişi gəlir. Əvvəl Culs bu qoca işçinin əmək məhsuldarlığına şübhə ilə yanaşır. Amma sonra ilkin təəssüratlar alt-üst olur.
De Niro və Heteueydən başqa fimdə Adam Divayn, Rene Russo, Reyd Skott, Anders Holm, Uollis Karri-Vud, Linda Lavin çəkilib. Filmin rejissoru və ssenari müəllifi "Sadə çətinliklər", "Qadınlar nə istəyir" və s. filmlərin yaradıcısı Nensi Mayersdir. Komediyanın premyerası bu il sentyabr ayının 23-nə planlaşdırılıb.
Video
teleqraf.com