Bu ilin mart-iyul aylarında təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təmin edilməsi məqsədi ilə ölkə üzrə məktəblərə 1800 ədəd stolüstü kompyuter, 806 ədəd noutbuk, 245 ədəd proyektor və 111 ədəd interaktiv elektron lövhələr paylanılıb.
Təhsil Nazirliyindən bildirilib ki, yeni avadanlıq İKT sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərdə yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarə heyətinin üzvlərinə verilir.
azertag.az