Kanadanın şərq sahillərində özünü quruya atan 16 qara delfindən 6-sı həlak olub.
Heyvanlara yardım edən 25-ə yaxın yerli sakin onların üzərinə vedrələrlə su töküblər. Delfinlərdən 10-unu xilas etmək mümkün olub. Okean qabarması zamanı isə onlar suya buraxılıb. Sakinlərin sözlərinə görə, heyvanlar ölkənin balıqçılıq nazirliyinin mütəxəssisləri gələnədək xilas edilib.
Bu məməlilərin uzunluğu 3,6 metrdən 8,5 metrədək olur. Çəkiləri isə orta hesabla 800 kiloqram təşkil edir, amma 3 tona qədər olanları da var. Çənələrinin altında ağ ləkələr istisna olmaqla, tam qara rəngdə olduqları üçün onları qara delfinlər adlandırırlar. Qara delfinlər Atlantik, Sakit və Hind okeanlarının sularında yaşayır.
azertag.az