“Babək” filmi “Беларусь 3” kanalında nümayiş etdirilib
6.8.2015

“Babək” filmi Azərbaycanın Belarus Respublikasındakı səfirliyi tərəfindən bu ölkənin ən çox izlənilən “Беларусь 3” kanalında (rus dilində) iki gün dalbadal nümayiş etdirilib.

​Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Belarusun aparıcı telekanallarında və mətbuatında mütəmadi Azərbaycan haqqında filmlər və məqalələr yerləşdirilir. Hər il bu ölkənin müxtəlif qəzet və jurnallarında Azərbaycan haqqında 20-25 məqalə dərc olunur, telekanallarında isə il ərzində 50-52 saatlıq efir vaxtı alınır.

azertag.az