Qara dəniz “Nə? Harda? Nə zaman?” intellektual oyununun “Hit Batumi 2015” çərçivəsində keçirilən dördüncü açıq çempionatı başa çatıb.
Qara dəniz sahilində yerləşən şəhərdə keçirilən turnirdə Gürcüstan, Almaniya, Ermənistan, Moldova, Azərbaycan, Rusiya, Baltikyanı və Ukraynadan olan intellektuallar iştirak edirdilər. Oyunda 50-yə yaxın komanda yarışıb, münsiflər heyətinin tərkibində isə Aleksandr Rubin (Moskva), Oles Muxin (Minsk), Aleksandr Androsov (Odessa) kimi məşhur oyunçular olub.
Qələbə qazanan Bakı komandası mükafat olaraq “Silknet” şirkətinin xüsusi kubokunu alıb.
“Yetərincə maraqlı və miqyaslı turnir oldu. Müxtəlif ölkələrdən təxminən 50-yə yaxın komanda iştirak etdi, bu isə artıq ciddi nəticədir. Mükafat yerlərini Bakı, Almaniya və Türkiyə komandaları bölüşdürdü. Batumiyə səfər üçün daha bir səbəb də meydana çıxdı – dördüncü Qara dəniz Açıq kuboku çempionatı”, - Gürcüstanın “Nə? Harda? Nə zaman” klubunun prezidenti Georgi Mosidze bildirib.
oxu.az