Türkiyədə 1,5 milyard lirəlik ada satışa çıxarıldı
6.8.2015

Son iki ayda Türkiyədə ümumi dəyəri 1,5 milyard lirə olan ada və yarımada satışa çıxarılıb.

Son iki ayda internet üzərindən alış-veriş saytlarında 9 ada və 9 yarımada turizm və tikinti məqsədilə istifadə üçün satışa çıxarılıb.

Çanaqqaladan Bodruma, Çeşmədən Muğlaya qədər sahibi tərəfindən satışa çıxarılan 18 ada və yarımadanın toplam dəyəri isə 1,8 milyard lirəni aşıb.

Bu ada və yarmadalara İrandan başqa, Dubay, Qətər və başqa türk respublikaları tərəfindən maraq yüksəkdir.

Türkiyədə özəl şəxslərə aid olan bu ada və yarımadaların bir qismi turizm, tikinti icazəsinə də malikdir.

Ən ucuz yarımadanın qiyməti 12 milyon dollar və ya 32,5 milyon lirədir. Adıçəkilən yarımada isə Bodrumun Yalı adlanan ərazisində yerləşir.

Adalar isə yarımadalar ilə müqayisədə daha baha qiymətə satılır. Buna səbəb isə adaların yarımadalara nisbətən həcminin daha böyük olması ilə bağlıdır.

Belə ki, ən bahalı ada Bodrumun Görəcək adalanan ərazisidir. Bu adanın sahəsi 750 min m3, qiyməti isə nə az nə çox 55 milyon avrodur.

Daşınmaz əmlak agentliyinin nümayəndəsi Berkan Çolak bildirib ki, bu aralar İranlılar Çanaqqala və Muğla arasında yerləşən ada və yarımadalar ilə maraqlanır.

“Hətta İranlı bir qrup şəxs adalardan birini aldı. Onlar bildirirdi ki, adanın ərazisində əyləncə mərkəzi quracaqlar”-deyə, Çolak bildirib.

Satışa çıxarılan bəzi ada və yarımadalar ilə sizi tanış edirik.

- Bodrumda Akyarlar yarımadası, ümumi sahəsi 345 min m² -dir, qiyməti 65 milyon dollar.

- Bodurmda Güllük yarımadası, ümumi sahəsi 124 min m² , qiyməti 26, 5 milyon dollar.

- Çeşmədə , Çələbi adası, ümumi sahəsi 564 min m² , qiyməti 50 milyon avro.

Qeyd edək ki, bundan əvvəl isə Yunanıstan ölkədə yaşanan iqtisadi böhran ilə əlaqədar olaraq hökumətə məxsus bəzi ada və yarımadaları satışa çıxarmışdı. Onu da əlavə edək ki, Türkiyədə satışa çıxarılan ada və yarımadalar hökumətə deyil, özəl şəxslərə aiddir.

oxu.az