Azərbaycanda pensiya sistemi avtomatlaşdırılır
10.5.2012

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2006-cı ilədək olan stajlar barədə məlumatları tam topladıqdan sonra pensiyanın təyinatını avtomatlaşdıracaq. Bunu DSMF sədri Səlim Müslimov bildirib.

S.Müslümovun görə, elektron xidmətlərin tətbiqi ilə bağlı hazırda Fondda bir sıra işlər həyata keçirilib: «Fondda elektron xidmətlərin tətbiqi üç funksiya üzrə həyata keçirilir ki, bunlardan biri - pensiyaların plastik kartlarla verilməsi tam avtomatlaşdırılıb. Sosial sığorta haqlarının toplanılması barədə hesabatların təqdim olunması da artıq bütün ölkəni əhatə edir. Belə ki, I rübün hesabatlarını hər kəs elektron formada təqdim edə bilər».

S.Müslimov onu da qeyd edib ki, 2006-cı ilədək olan stajlar barədə məlumatlar tam toplanıldıqdan sonra pensiyanın təyinatı da avtomatlaşdırılacaq.

APA