Gündəlik həyatda saçları yuyarkən şampundan istifadə adi hala çevrilsə də, tibb alimləri bunun zərərli olduğunu deyirlər.
“Focus-online” portalına istinadən verilən xəbərə görə, gündəlik çimərkən saçı mütəmadi olaraq şampunla yumaqdan çəkinmək lazımdır. Xüsusilə saç tipi quru olan şəxslər bu qaydaya əməl etməlidirlər.
İstənilən halda, elm adamları saçı həftədə 3 dəfə yumağı tövsiyə edirlər.
Mütəxəssislərin qənaətinə görə, əgər saç gündəlik yuyularsa, baş dərisinin qoruyucu səthi zədələnə bilər. Bu isə xoşagəlməz fəsadlara yol açar. Bura saçın quruması, sonradan kəpəyin əmələ gəlməsi, eləcə də saçların tökülməsi kimi amillər daxildir.
azertag.az