Vyana Dövlət Kamera Orkestri Bakıda konsert proqramı ilə çıxış edəcəkdir
12.9.2011

Vyana Dövlət Kamera Orkestri sentyabrın 20-21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəkdir.
Filarmoniyadan bildirilmişdir ki, orkestrin Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi festivalı çərçivəsində keçiriləcək konsertlərini beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev idarə edəcəkdir.
Bu, məşhur Vyana Dövlət Kamera Orkestrinin Azərbaycana ilk səfəridir.