İranın Xaf şəhəri ətrafında yaradılacaq “Külək parkı” layihəsini “Azalternativenerji” həyata keçirəcək.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə istinadən verilən xəbərə görə, bununla bağlı razılıq qurumun sədri Akim Bədəlovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrana səfəri zamanı əldə olunub.
Belə ki, tərəflər Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikası Energetika Nazirliyi arasında 2014-cü il noyabrın 12-də Bakıda imzalanmış Anlaşma Memarandumu çərçivəsində İranın Xaf şəhəri ətrafında yaradılacaq “Külək parkı” layihəsinin “Azalternativenerji” MMC tərəfindən həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, səfər çərçivəsində A. Bədəlov İran İslam Respublikası Energetika naziri Həmid Çitçiyan, onun müavini Huşəng Fəlahətian və Bərpa Olunan Enerji Təşkilatının (SUNA) rəhbərliyi ilə görüşlər keçirib.
Gün.Az