Ancelina ilə Bred yeni filmdə
7.8.2015

Hollivudun məşhur cütlüyü Bred Pittlə Ancelina Colinin çəkildikləri yeni filmin kadrları yayılıb.
Cütlük “Mavi sahil” adlı ekran işində tərəf müqabili olublar.

Qeyd edək ki, filmdə 1970-ci illərdə Fransada baş vermiş hadisələrdən bəhs edilir.

Ancelina və Bred ekran işində ər-arvad rolunu canlandırırlar.

Filmin rejissoru Ancelina Colinin özüdür.

Sssenariyə əsasən, şəxsi həyatında problemlər yaşayan ailə münasibətlərini düzəltmək üçün Maltaya səyahətə yollanır.

Əlavə edək ki, bu, cütlüyün 10 ildən sonar çəkildiyi ikinci filmdir. Bundan öncə Ancelina ilə Bred “Mister and missis Smit” filmində tərəf müqabili olmuşdular.

Gün.Az