Çində "Airbus A380" avialaynerinin salonunu xatırladan yeni restoran istifadəyə verilib. Restoran lüks və çox bahalıdır. Burada bir adamlıq nahar ən azı 1230 dollara başa gəlir.
Çusindəki "Special Class" restoranının sahəsi 660 kv.m-dir. O, 110 müştəriyə xidmət üçün hesablanıb. Restoranda 6 əlahiddə kabinə də var.
Restoranın 18 əməkdaşı var. Onların arasındakı 9 xanım ofisiant təyyarələrdəki stüardessa kurslarını başa vurub.
Milli.Az