“Qalatasaray” Türkiyə, “Yuventus” isə İtaliya Super Kubokunun qalibi olub
10.8.2015

Futbol üzrə Türkiyə Super Liqasının və ölkə kubokunun qalibi olan İstanbulun “Qalatasaray” komandası kubokun ötənilki qalibi “Bursaspor”u 1:0 hesabı ilə məğlub edib. İstanbullular Bursa təmsilçisinin qapısına 21-ci dəqiqədə Yasinin qolu ilə yol tapıblar və Türkiyə Super Kubokunun qalibi olublar.

Bu qələbə ilə “Qalatasaray” mövsümü 3 kubokla başa vurmaqla yanaşı, Super Kuboku dördüncü dəfə muzeyinə apararaq əzəli rəqibi “Fənərbağça”nı geridə qoyub.

İtaliyada isə Super Kuboka Turinin “Yuventus” komandası sahib olub. Turinlilər finalda Romanın “Latsio” komandasını 2:0 hesabı ilə məğlub ediblər. “Yuventus”un heyətində yeni legionerlər fərqləniblər. “Atletiko Madrid”dən transfer edilən xorvatiyalı hücumçu Mario Mandzukic 69-cu, Paulo Dibala isə 73-cü dəqiqədə “Yuventus”un heyətində ilk qollarını vurublar.

İtaliya Super Kuboku uğrunda 11 dəfə yarışan “Yuventus” bu mübarizədə 7 dəfə qalib olub. Klub bununla da Super Kuboka 6 dəfə sahib olan “Milan”ı geride qoyub. Super Kupok yarışına 6 dəfə qoşulan “Latsio”nun isə 3 çempionluğu var.

azertag.az