Kaliforniya Universitetinin alimləri hesab edir ki, meyvə və tərəvəzdən ibarət menyu yaşlı insanların sağlamlığına ziyandır.
Onlar apardıqları araşdırmaların nəticələrinə əsasən bu qənaətə gəliblər.
Mütəxəssislərin sözlərinə görə, son vaxtlar fermerlər tərəfindən meyvə və tərəvəzin daha şirin sortları yetişdirilir. İstehlakçılar isə dadına görə ən çox bu məhsullara üstünlük verirlər. Analizlərin nəticələri belə məhsullarda insan orqanizmi üçün faydalı maddələrin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.
Alimlər tövsiyə edir ki, meyvə və tərəvəz seçəndə diqqətli olmaq lazımdır. Çünki şirin meyvə və tərəvəz yeyən insanların qanında şəkərin səviyyəsi yüksəlir ki, bu da onlarda diabetin inkişafına gətirib çıxara bilər.
azertag.az