Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Bosniya və Herseqovinanın Zivinice qəsəbəsində yerləşən Cabari kəndində muzey açılıb.
Anadolu agentliyinə istinadən verilən xəbərə görə, ölkənin tarixini, mədəniyyəti və bölgədəki tarixi hadisələri özündə əks etdirən arxeoloji əşyaların yerləşdiyi muzey, həm də xarici turistlər üçün əlverişli imkanlar yaradacaq.
2013-cu ildə öz daxili imkanları hesabına Cabari kəndində məscid inşa etdirən TİKA ölkə xaricində 50-dək nümayəndəliyi ilə təmsil olunur.
Qeyd edək ki, 1992-c ildə yaradılan agentlik ölkə xaricindəki bütün layihələrini dövlət büdcəsindən maliyyələşdirməklə həyata keçirir.
azertag.az